islamabadda keçirilən abş-iran danışıqları fonunda vaşinqtonun qətərdə və digər xarici banklarda saxlanılan iran vəsaitlərinin dondurulmasının ləğvinə razılıq verdiyi bildirilir.


“arhd.media” xəbər verir ki, bu barədə “reuters” agentliyi yüksək vəzifəli iran mənbəsinə istinadən məlumat yayıb.


mənbə bu addımı danışıqlarda irəliləyiş və abş-nin razılaşmaya ciddi yanaşmasının göstəricisi kimi qiymətləndirib.


qeyd edilib ki, vəsaitlərin azad edilməsi hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması ilə birbaşa bağlıdır və bu məsələ danışıqlarda əsas mövzulardan biridir.


mənbələrdən biri azad ediləcək vəsaitin həcmini açıqlamasa da, digər iran rəsmisi qətərdə saxlanılan təxminən 6 milyard dolların sərbəst buraxılmasının müzakirə edildiyini bildirib. abş tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


qeyd edək ki, sözügedən vəsaitlər ilk dəfə 2018-ci ildə, donald tramp administrasiyasının irana qarşı sanksiyaları bərpa etməsindən sonra dondurulmuşdu. bu pullar iranın cənubi koreyaya neft satışından əldə etdiyi gəlirlərdən formalaşıb.


2023-cü ildə abş və iran arasında əsir mübadiləsi çərçivəsində vəsaitlərin azad edilməsi planlaşdırılsa da, “həmas”ın israilə hücumlarından sonra co bayden administrasiyası tərəfindən yenidən dondurulmuşdu.


həmin dövrdə vəsaitlər qətərə köçürülərək humanitar məqsədlərlə – qida, dərman və tibbi avadanlıqların alınması üçün istifadə olunmalı idi və abş xəzinədarlığının nəzarəti altında saxlanılırdı.


hazırda isə bu vəsaitlərin taleyi islamabadda davam edən danışıqların əsas müzakirə mövzularından biridir.

Baxış sayı: 3 236

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə