İran nümayəndə heyəti bu gün axşam saatlarında ABŞ ilə danışıqlarda iştirak etmək üçün İslamabada gedəcək. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.


Səfir İsrail tərəfinin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəs rejimini dəfələrlə pozması səbəbindən İran cəmiyyətində şübhələrin olmasına baxmayaraq, nümayəndə heyətinin Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabada səfər edəcəyini açıqlayıb.


“Nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gəlir”, - paylaşımda deyilir. 

Baxış sayı: 2 699

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə