“İran daha uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq”. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.


“ABŞ İranla sıx əməkdaşlıq edəcək. Uranın zənginləşdirilməsi olmayacaq. ABŞ İranla birlikdə çalışaraq, dərinliklərdəki nüvə “tozu”nu qazıb çıxaracaq”, - o deyib.


Ağ Ev rəhbəri həmçinin tərəflər arasında tarif və sanksiya güzəştləri mövzusunda danışıqlar aparıldığını diqqətə çatdırıb.


ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklifə də toxunan dövlət başçısı onların bir çoxunun artıq razılaşdırıldığını bildirib. 

Baxış sayı: 2 916

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə