Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Kremldə baş tutan görüşdən sonra bağlı qapılar arxasında sərt söhbət aparılıb.


“ARHD.AZ” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz teleqram kanalında adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.


“Əldə etdiyimiz məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında görüşdən sonra bağlı qapılar arxasında daha sərt söhbət baş tutub”, - nəşr iddia edib. 


Mənbələrin sözlərinə görə, Rusiya tərəfi görüşün nəticələrinə əsasən Paşinyanla hər hansı razılığa gəlməyi qeyri-mümkün hesab edib: “Buna görə də, praktiki addımlar atmaq, o cümlədən Paşinyan hakimiyyəti ilə əlaqəli bütün böyük şirkətlərin, müəssisələrin, hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək barədə qərar qəbul edilib”. 


Xatırladaq ki, Moskvada baş tutan görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkmişdi.

Baxış sayı: 3 225

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə