abş-iran sülh danışıqlarının cümə günü pakistanda keçirilməsi planlaşdırılır.


“arhd.media” xəbər verir ki, bu barədə “axios” məlumatlı mənbəyə istinadən xəbər yayıb.


belə ki, abş və iran arasında müharibəyə son qoymaq məqsədilə ilk üz-üzə danışıqların cümə günü islamabadda keçirilməsi planlaşdırılır.


bu, müharibənin başlanmasından bəri tərəflər arasında keçiriləcək ilk üz-üzə danışıqlar olacaq.


“üz-üzə danışıqlarla bağlı müzakirələr aparılır, lakin prezident və ya ağ ev tərəfindən rəsmi elan olunana qədər heç nə qəti deyil”, - ağ evin mətbuat katibi kerolayn livitt “axios”a bildirib.


abş prezidentinin xüsusi nümayəndəsi stiv uitkoff bildirib ki, iranla diplomatiyaya vitse-prezident ceyms devid vensin dəstəyi ilə rəhbərlik etsə də, danışıqlar zamanı rollar dəyişə bilər və vens abş nümayəndə heyətinə rəhbərlik edə bilər.


trampın kürəkəni və müşaviri cared kuşner də danışıqlarda iştirak edəcək.


Baxış sayı: 3 263

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə