abş prezidenti donald tramp iranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb.


“arhd.media” xəbər verir ki, o, bu barədə “truth” sosial şəbəkəsində paylaşım edib.


onun sözlərinə görə, pakistanın baş naziri şahbaz şərif və ölkənin feldmarşalı asim munir ilə aparılan danışıqlardan sonra belə qərar qəbul edilib.


tramp bildirib ki, tərəflər iran ərazisinə yönəlmiş “dağıdıcı qüvvənin” qarşısının alınmasını xahiş edib.


açıqlamada qeyd olunur ki, iran islam respublikası hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib. bunun qarşılığında abş tərəfi iranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. bu addımın ikitərəfli atəşkəs kimi qiymətləndirildiyi vurğulanıb.


tramp bildirib ki, qərarın əsas səbəbi artıq hərbi məqsədlərə nail olunması və iranla uzunmüddətli sülh sazişi istiqamətində ciddi irəliləyişin əldə edilməsidir. onun sözlərinə görə, iran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün real əsas yaradır.


abş prezidenti əlavə edib ki, əvvəlki mübahisəli məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və iki həftəlik fasilə yekun sazişin hazırlanması və həyata keçirilməsi üçün imkan yaradacaq.


tramp çıxışında yaxın şərqdə uzunmüddətli sabitliyə nail olunmasının vacibliyini vurğulayaraq, bu prosesdə iştirak etməyi “şərəf” adlandırıb.

 

Baxış sayı: 2 987

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə