ABŞ-nin vitse-prezidenti C.D. Vens Macarıstanın paytaxtı Budapeştdə Baş nazir Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında Avropa və dünya iqtisadiyyatı üçün qara proqnozlar səsləndirib.


“ARHD.AZ” TASS agentliyinə istinadən xəbər verir ki, vitse-prezident Rusiya-Ukrayna münaqişəsinin uzanmasının Avropa iqtisadiyyatını məhv etdiyini bildirib.


Vens sülhün yeganə alternativinin sonsuz müharibə olduğunu qeyd edərək, Qərb liderlərini məqsədlərini yenidən nəzərdən keçirməyə çağırıb:


“Əgər sülhün alternativi yalnız davam edən münaqişədirsə, onda məqsədimiz nədir? Prezident Donald Tramp bizə bu proses üzərində işləməyi və danışıqları asanlaşdırmağı tapşırıb. Lakin Avropadakı insanların bu danışıqların zəruriliyini və mahiyyətini dərindən başa düşmələrinə ehtiyacımız var”.


Xatırladaq ki, bir müddət əvvəl “The New York Times” qəzeti Rusiya Prezidenti Vladimir Putinin yanvar ayında sülh razılaşmasına çox yaxın olduğunu, lakin regional gərginliyin buna mane olduğunu iddia etmişdi. Nəşrin məlumatına görə, ABŞ və İsrailin İrana hücumu, Hörmüz boğazının bağlanması və neft qiymətlərinin kəskin artması sülh prosesini yarımçıq qoyub.

Baxış sayı: 2 227

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə