israil xarici işlər nazirliyi istanbulda ölkə konsulluğu yaxınlığında baş verən silahlı insidenti pisləyib.
“arhd.media” xəbər verir ki, bu barədə israil xin-in “x” hesabında paylaşım edilib.
“bu gün istanbulda israil konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. dünya üzrə israil nümayəndəlikləri saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb. terror bizi qorxutmayacaq”, - məlumatda qeyd olunub.
xatırladaq ki, bu gün istanbulda israil konsulluğununun da yerləşdiyi binanın qarşısında 3 silahlı şəxs polislərə hücum edib. hadisə nəticəsində 2 polis yaralanıb. hadisəni törədən bir nəfər zərərsizləşdirilib, digə ikisi isə yaralı olaraq ələ keçirilib.























