“İran ABŞ və İsraillə münaqişə müddətində Azərbaycan və Türkiyə istiqamətində heç bir sursat atmayıb”. 


“ARHD.AZ” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi SNN telekanalında videoyazısı yayımlanan mətbuat konfransı zamanı bildirib.


“Biz birbaşa bəyan etdik ki, İran tərəfindən Azərbaycan istiqamətinə heç bir sursat atılmayıb və düşünürəm ki, iki prezident və xarici işlər nazirləri arasında baş tutan danışıqlar anlaşılmazlıqları aradan qaldırıb. Türkiyəyə gəlincə, vəziyyət eyni idi: biz aydın şəkildə bəyan etdik ki, tərəfimizdən heç bir atəş açılmayıb və buna görə də hesab edirəm ki, iki ölkə arasında qarşılıqlı anlaşma mövcuddur, yaranan məsələlər isə aparılan danışıqlardan sonra həll edilib”, - Bəqayi deyib.

Baxış sayı: 2 669

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə