pakistan abş və irana münaqişənin başa çatdırılması üçün iki mərhələli plan təqdim edib.
“arhd.media” xəbər verir ki, bu barədə “reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
“pakistan hərbi əməliyyatların dayandırılması üçün çərçivə planı hazırlayıb və onun bir gecə ərzində iran və abş arasında mübadiləsini həyata keçirib. plan dərhal atəşkəsin elan edilməsini, ardınca isə hərtərəfli sülh razılaşmasının əldə edilməsini nəzərdə tutur”, - nəşr iddia edir.
islamabadın təklifinə görə, dərhal atəşkəs elan edilməli və hörmüz boğazı açılmalıdır. planın ikinci bəndi münaqişənin tamamilə başa çatdırılmasını nəzərdə tutur. nizamlanma prosesinin isə 15-20 gün vaxt aparacağı planlaşdırılır.
agentliyin həmsöhbətinin sözlərinə görə, planın bütün elementləri aprelin 6-da razılaşdırılmalıdır. o əlavə edib ki, ilkin razılaşma pakistanın vasitəçiliyi ilə elektron formada imzalanan anlaşma memorandumu şəklində rəsmiləşdiriləcək.























