ABŞ və İran 45 günlük atəşkəs imkanını müzakirə edirlər.


“ARHD.AZ” xəbər verir ki, bununla bağlı “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, ABŞ, İran və bir qrup regional vasitəçilər mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edirlər.


Qeyd olunub ki, yaxın 48 saat ərzində razılaşmanın əldə olunma ehtimalı azdır.


Portal yazır ki, Pakistan, Misir və Türkiyədəki vasitəçilər tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün müəyyən razılıqların əldə olunacağına ümid edirlər. Onlar hesab edirlər ki, İran Hörmüz boğazının açılması, eləcə də nüvə proqramı ilə bağlı bəzi məsələlərdə müəyyən addımlar ata bilər.


“Axios”un mənbələri vurğulayıb ki, vasitəçilər həmçinin ABŞ prezidenti Donald Tramp administrasiyasının atəşkəsin müvəqqəti olmayacağı və münaqişənin yenidən başlamayacağı ilə bağlı İrana təminat vermək üçün hansı addımları ata biləcəyini də müzakirə edirlər.

Baxış sayı: 2 787

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə