“Tehrana hücumda İranın bir çox hərbi lideri məhv edilib”.


“ARHD.AZ” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.


ABŞ lideri paylaşdığı videoda hücum anına aid olduğu deyilən görüntüləri yayımlayıb. Qaranlıq və uzaq məsafədən çəkilmiş kadrlarda partlayış səsləri eşidilir, dağlıq ərazi isə bombanın təsiri ilə qısa müddətə işıqlanır.


“İranın ölkəni zəif və səriştəsiz rəhbərliklə pis idarə edən hərbi liderləri, bir çox başqa şeylərlə birlikdə, Tehranda baş verən bu böyük hücumda məhv edildi!”, - o qeyd edib.


Bundan bir neçə saat əvvəl etdiyi digər paylaşımda isə ABŞ Prezidentı İran üçün verilən vaxtın bitmək üzrə olduğunu vurğulamışdı.


“Vaxt azalır. Əgər Hörmüz boğazı 48 saat ərzində açılmasa, Tehran rejiminə “qiyamət” gələcək”, - Tramp bildirmişdi.

Baxış sayı: 2 881

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə