“mən dayananda israil də dayanacaq”.
“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp “time” jurnalına müsahibəsində deyib.
o, iranla münaqişəni bitirmək qərarına gəlsə, israilin də bu qərara əməl edəcəyini açıqlayıb:
“onlar nə desəm, onu edəcəklər. indiyə qədər yaxşı komanda oyunçuları olublar. mən dayananda, onlar da dayanacaqlar. təxribata məruz qalmasalar, dayanacaqlar, təxribata məruz qalsalar, başqa çarəsi qalmayacaq. amma mən dayananda, onlar da dayanacaqlar”.
tramp həmçinin iranın danışıqlara hazır olduğunu iddia edib:
“niyə bizə zəng etmədilər? dünən gecə onların üç əsas körpüsünü partlatdıq. onlar tamamilə məhv ediliblər. deyirlər ki, tramp iranla danışıqlar aparmır. deməli, bu, əslində, olduqca asan danışıqlardır”.
abş prezidenti iranın dözümlülüyünü də vurğulayıb:
“onlar çox dözümlüdürlər. onlar böyük əzablara dözə bilirlər. buna görə də mən onlara hörmət edirəm. əslində, düşünürəm ki, onlar döyüşməkdənsə, danışıqlar aparmaqda daha yaxşıdırlar”.






















