ABŞ Prezidenti Donald Tramp son günlərdə ölkənin ədliyyə naziri - Baş prokuror Pem Bondinin işdən çıxarılması ehtimalını nəzərdən keçirir. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumatlı mənbələrə istinadən yazıb. 


Bildirilir ki, dövlət başçısı Bondinin Ədliyyə Nazirliyinə rəhbərlik etməsindən və amerikalı maliyyəçi Ceffri Epşteynin işinin gedişatından getdikcə daha çox məyus olmağa başlayıb.  


Mənbələrin sözlərinə görə, Tramp Bondinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Li Zeldinlə əvəz edilməsi fikrini irəli sürüb.


Hələ yekun qərar qəbul etməsə də, Trampın artıq bir neçə aydır Bondidən narazı olduğu iddia edilir. 


Qeyd edək ki, bu il fevralın ortalarında Pem Bondi Ceffri Epşteynin işi üzrə sənədlərdə adı çəkilən 300-dən çox tanınmış şəxsin siyahısını dərc edib. Siyahıda Bondinin öz adı da yer alıb.

Baxış sayı: 2 751

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə