“irana hücumlar “epik qəzəb əməliyyatı” çərçivəsində başlanıb və strateji məqsədlərin əksəriyyətinə artıq çatıb”.
“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp ağ evdə xalqa müraciətində deyib.
tramp bildirib ki, abş hücumları zamanı iranın elektrik stansiyaları hədəf ola bilər, lakin neft obyektlərinə toxunmayacaq:
“bu addım iran xalqına fürsət vermək məqsədi daşıyır. bu hücumlarla iranı aid olduqları yerə, daş dövrünə qaytaracağıq”.
o deyib ki, abş-nin hörmüz boğazından keçən neftə qətiyyən ehtiyacı yoxdur:
“bu, bizə lazım deyil. hörmüz boğazından neft alan ölkələr bu keçidi qorumaq məsuliyyəti daşıyırlar. onlar bu keçidi nəzarətə götürməli və dəyərini qiymətləndirməlidirlər. bunu asanlıqla edə bilərlər”.























