Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və digər müttəfiqlərə Hörmüz boğazını güc yolu ilə açmaqda kömək etməyə hazırlaşır.


“ARHD.AZ” xəbər verir ki, bu barədə “The Wall Street Journal” ərəb rəsmilərinə istinadən məlumat yayıb. 


Nəşrin məlumatına görə, BƏƏ BMT Təhlükəsizlik Şurasında belə bir əməliyyatı sanksiyalaşdıracaq qətnamənin qəbul edilməsinə çalışır. Paralel olaraq, əmirliyin diplomatları Hörmüz boğazının güc yolu ilə açılması üçün Avropa və Asiya dövlətlərini koalisiya yaratmağa çağırır.  


Bir sıra ərəb rəsmilərinin sözlərinə görə, BƏƏ ABŞ-nin Fars körfəzindəki adaları, o cümlədən yarım əsrdir Tehranın nəzarəti altında olan, lakin Əbu-Dabinin də iddia etdiyi Əbu-Musa adasını ələ keçirməsində israr edir. 


Qeyd olunur ki, əgər qeyd olunan ssenari baş tutarsa, Əbu-Dabi Tehranla hərbi münaqişəyə qoşulacaq ilk Körfəz dövləti ola bilər. 


ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra gəmilərin Hörmüz boğazı vasitəsilə hərəkəti məhdudlaşdırılıb. Boğazın bağlanması ilə enerji qiymətləri kəskin artıb. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün müttəfiq ölkələri hərəkətə keçməyə səsləyib.

Baxış sayı: 2 994

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə