İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə münaqişənin atəşkəs şərtlərini açıqlayıb.


“ARHD.AZ” xəbər verir ki, o, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta ilə telefon danışığında bildirib.


“Hücumların təkrarlanmayacağına dair lazımi zəmanətlər verilərsə, müharibəni bitirmək iradəmiz var”, - o qeyd edib.


Atəşkəs şərtlərinin açıqlanması bazarlara da təsir edib. “Brent” neftinin qiyməti 3 faiz aşağı düşərək, bareli 105 dollardan 103,42 dollara enib, ABŞ-nin WTI nefti isə 101,45 dollar səviyyəsinə geriləyib.


Qiymətlərdəki bu eniş yaranan gərginliyin azalması ilə izah edilir.

Baxış sayı: 2 783

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə