Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla aprel ayının sonunda ABŞ-yə dövlət səfəri edəcəklər. 


“ARHD.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayının Mətbuat xidməti məlumat yayıb.


ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq səfər ABŞ-nin Böyük Britaniyadan müstəqillik əldə etməsinin 250 illiyinə həsr edilib.


Bundan sonra III Çarlzın Bermud adalarına yollanacağı bildirilir. Bu, onun monarx kimi Britaniyanın dənizaşırı ərazisinə ilk səfəri olacaq. 


Qeyd edək ki, III Çarlzın anası Kraliça II Yelizaveta (1926-2022) hakimiyyəti dövründə ABŞ-yə dörd dəfə (1957, 1976, 1991 və 2007-ci illərdə) dövlət səfəri edib. 


II Yelizavetanın Bermud adalarına son səfəri isə 2009-cu ildə baş tutub. 


***


Böyük Britaniya kralı III Çarlz aprelin 27-dən 30-dək ABŞ-də səfərdə olacaq.


Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Baxış sayı: 2 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə