ABŞ hərbi qüvvələri İsfahanda böyük silah-sursat anbarına zərbələr endirib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbəyə istinadən məlumat yayıb.


Anbarın çəkisi 907 kq olan bunker əleyhinə bombalarla vurulduğu bildirilir. Partlayışlar hərbi mövqelərin yerləşdiyi güman edilən Soffeh dağı yaxınlığında baş verib.


Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İsfahanda çəkildiyi iddia edilən güclü partlayışların görüntülərini paylaşıb.  

 

Baxış sayı: 2 564

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə