çeçenistanda güclü yağışlar səbəbindən regional xarakterli fövqəladə vəziyyət rejimi elan edilib.
“arhd.media” “interfaks”a istinadən xəbər verir ki, bu barədə çeçenistan rəhbəri ramzan kadırov göstəriş verib.
qeyd edək ki, martın 28-də çeçenistanda güclü yağış və külək səbəbindən regionun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.






















