"İranın Fars körfəzi ölkələrinin ərazilərinə zərbələri ilə bağlı vəziyyətin istənilən siyasi həlli hücum etməmək barədə təminatları və hücumlar nəticəsində dəymiş maddi ziyanın ödənilməsini əhatə etməlidir".


ARHD.AZ xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş "X" platformasında yazıb.


"İranın Fars körfəzinin ərəb dövlətlərinə qarşı təcavüzünün nizamlanmasına yönəlmiş istənilən siyasi həll gələcəkdə belə hücumların təkrarlanmasının qarşısını alan aydın təminatları özündə ehtiva etməli, hücum etməmək prinsipini təsbit etməli, həmçinin mülki və həyati əhəmiyyətli obyektlərə, eləcə də dinc əhaliyə endirilən zərbələrə görə İranın təzimanatlar ödəməsini nəzərdə tutmalıdır", - deyə o vurğulayıb.

Baxış sayı: 2 728

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə