ABŞ-də həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro tərəfdarlarına müraciət edib.


“ARHD.AZ” xəbər verir ki, o, uzun müddət sonra sosial şəbəkədə paylaşım edərək dəstəklərinə görə təşəkkürünü bildirib.


O, həyat yoldaşı Siliya Floreslə birlikdə yaxşı, güclü və sakit olduqlarını vurğulayıb.


Maduro bildirib ki, o, Venesuela vətəndaşlarından və dünyadakı xoşməramlı insanlardan məktublar və dualar alır. O, hər bir sevgi və dəstək sözünün onu və həyat yoldaşını mənəvi cəhətdən gücləndirdiyini qeyd edib.


Maduro həmçinin sülhün, milli birliyin və dialoqun gücləndirilməsinə çağırıb. O, ölkənin “barışıq və hörmət” yolu ilə getməli olduğunu əlavə edib.


Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Venesuela mediası həmin gün 23 Venesuela əsgəri, 32 Kuba əsgəri və 2 mülki şəxs olmaqla ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.

Baxış sayı: 2 441

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə