İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi hava hücumları nəticəsində “Emirates Global Aluminium” (EGA) şirkətinin Əbu-Dabidəki strateji obyekti hədəf alınıb.


“ARHD.AZ” “Bloomberg”ə istinadən xəbər verir ki, İranın raket və dron zərbələri Əbu-Dabidə yerləşən “Əl-Tavilah” zavoduna ciddi ziyan vurub.


Hücum zamanı müəssisənin bir neçə əməkdaşının yaralandığı bildirilir.


Qeyd edək ki, sözügedən müəssisə regionun ən böyük sənaye mərkəzlərindən biri hesab olunur. Burada nəhəng alüminium əritmə zavodu ilə yanaşı, genişmiqyaslı alüminium emalı kompleksi fəaliyyət göstərir.


Hadisə ilə bağlı zavodun fəaliyyətinin müvəqqəti dayandırıldığı və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vurğulanıb.

Baxış sayı: 3 185

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə