Bu gündən Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağlayıb. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə “Rosqranstroy” öz teleqram səhifəsində məlumat yayıb. 


Məlumata görə, buna səbəb həmin ərazidən keçən Bersuat çayının daşmasıdır. Nəticədə Rusiya ilə sərhəddəki “Jelkuar” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb. Mənbə qeyd edir ki, həmçinin Rusiyanın Çelyabinsk vilayətində yerləşən “Mariinski” avtomobil keçid məntəqəsində də nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.


Əhaliyə tövsiyə edilir ki, Rusiya-Qazaxıstan sərhədindən keçidlərin planlaşdırılması zamanı bunu nəzərə alsınlar. 

Baxış sayı: 2 829

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə