israilin hərbi hava qüvvələri iranın yəzd şəhərində yerləşən raket və dəniz minaları istehsalı zavodunu vurub.
arhd.media -ın xəbərinə görə, bu barədə israil müdafiə qüvvələri (idf - saxal) öz "telegram" kanalında açıqlama yayıb.
"israil müdafiə qüvvələri və hərbi dəniz qüvvələri kəşfiyyatının təlimatı ilə hərəkət edən israil hərbi hava qüvvələri yəzddə yerləşən, iran rejimi tərəfindən istismar olunan raket və dəniz minaları istehsalı üzrə əsas obyektə zərbə endirib. iran hərbi dəniz qüvvələri öz raketlərinin və dəniz minalarının əksəriyyətini məhz burada inkişaf etdirir.
bu zərbə islam inqilabı keşikçiləri korpusunun (sepah) hərbi dəniz qüvvələrinin yüksək rütbəli rəhbərliyinin məhv edilməsi seriyasının bir hissəsidir və hərbi dəniz qüvvələrinin istehsal imkanlarına əhəmiyyətli zərbədir", - deyə məlumatda bildirilib.
həmçinin qeyd edilib ki, israil müdafiə qüvvələri istehsal imkanlarını sarsıtmaq üçün iran rejiminin hərbi sənayesini hədəf almağa davam edir.
qeyd edək ki, daha əvvəl saxal tehranın mərkəzində iran rejiminin infrastrukturuna genişmiqyaslı zərbələr seriyasını başa çatdırdığını elan etmişdi.























