“abş və israilin irana hücumları ilə başlayan müharibədə rusiya tehrana kəşfiyyat yardımı göstərməyib”.
“arhd.media” xəbər verir ki, bunu rusiyanın xarici işlər naziri sergey lavrov fransa televiziyalarına müsahibəsində bildirib.
lavrov iranın hökumətlərarası müqavilə vasitəsilə rusiyanın strateji tərəfdaşı olduğunu xatırladıb və hücumlara qarşı iranı müdafiə etmək əvəzinə, beynəlxalq hüququ müdafiə etdiklərini vurğulayıb.
“abş prezidenti donald trampın beynəlxalq hüquqla maraqlanmadığını və öz əxlaqi prinsiplərinə və instinktlərinə uyğun hərəkət edəcəyini deməsi qəbuledilməzdir. biz dəfələrlə amerikalılara fars körfəzi və yaxın şərq bölgəsindəki bütün problemlərin həlli üçün dialoq qurmaq istəyimizi çatdırmışıq. abş və müttəfiqləri orada gedən proseslərə hər dəfə müdaxilə etdikdə vəziyyət getdikcə daha da pisləşir. bununla yanaşı, abş administrasiyasının iran lideri və digər rəhbərləri soyuqqanlılıqla öldürməsi barədə təkəbbürlü və qürurlu danışması kinayədən başqa bir şey deyil”, - rusiya xin rəhbəri bildirib.























