abş iraqdakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
“arhd.media” xəbər verir ki, bu barədə abş-nin bağdaddakı səfirliyi bəyanat yayıb.
bəyanatda abş-nin iraqdakı diplomatik nümayəndəliyinin hələ də açıq olduğu, lakin vətəndaşların təhlükəsizlik riskləri səbəbindən bağdaddakı səfirliyə və ya ərbildəki konsulluğa gəlməmələri tövsiyyə edilib. həmçinin iraq hava məkanında raket və dron təhlükəsinin davam etdiyi vurğulanıb.
qeyd edək ki, iraqın qərbindəki ənbar vilayətində “xalq səfərbərlik qüvvələri”nin obyektinə hücum edilib. aviazərbələr nəticəsində 15 döyüşçü, o cümlədən qruplaşmanın ənbardakı əməliyyatlar komandanı saad əl-beyci həlak olub, 30 nəfər yaralanıb.























