abş münaqişəyə son qoymaq üçün irana 15 bəndlik plan təqdim edib.


“arhd.media” xəbər verir ki, bu iddia ilə “new york times” nəşri çıxış edib.


nəşrin məlumatına görə, pakistanın vasitəçiliyi ilə təqdim edilən plan iranın nüvə və raket proqramlarının məhdudlaşdırılmasını, regiondakı qruplaşmalara dəstəyinin dayandırılmasını, hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsini, həmçinin danışıqlar aparılması üçün 1-2 aylıq atəşkəs elan edilməsini nəzərdə tutur. bu şərtlərin yerinə yetirilməsi müqabilində abş-nin irana qarşı neft və maliyyə sanksiyalarının qismən aradan qaldırılmasını, həmçinin aktivlərin bir hissəsinin dondurulmasının ləğv edilməsini təklif etməyə hazır olduğu güman edilir. bundan əlavə, iran üçün iqtisadi stimullar - dünya bazarlarına çıxış, investisiyalar və mülki nüvə energetikasının inkişafına dəstək imkanı nəzərdən keçirilir. 


bununla belə, iran tərəfinin danışıqlarla bağlı əvvəlki təcrübəni əsas gətirərək vaşinqtona etibar etmədiyi bildirib.


iddia olunur ki, iran rəsmiləri abş prezidenti donald trampın elçiləri stiven uitkoff və cared kuşnerlə işləmək istəmədiklərini, indiki halda abş vitse-prezidenti ceyms devid vens ilə dialoq aparmağa üstünlük verdiklərini ifadə ediblər. 

Baxış sayı: 2 793

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə