iranın paytaxtı tehranda güclü partlayışlar baş verib.


arhd.media xəbər verir ki, bu barədə "fars" agentliyi məlumat verib.


bildirilib ki, şəhər mərkəzi də daxil olmaqla, tehranın ən azı beş rayonunda bir sıra partlayışlar olub.


"al hadath" kanalının məlumatında bildirilib ki, islam respublikasının müdafiə nazirliyinin yerləşdiyi rayona da hava hücumu edilib, iranın hava hücumundan müdafiə sistemləri tehranın şimal, şərq və mərkəzi hissələrindəki hədəflərə qarşı fəaliyyətə başlayıb. milli parkın yerləşdiyi sorxe hesar rayonunda ən azı beş partlayış, iran müdafiə nazirliyinin kompleksinin yerləşdiyi nobonyad rayonunda isə bir güclü partlayış baş verib. şəhərə hava hücumu nəticəsində dəyən ziyan, mümkün dağıntı və ya itki barədə hələlik məlumat verilməyib.


israil müdafiə qüvvələrinin (saxal) mətbuat xidməti də tehranda təyin olunan hədəflərə qarşı bir sıra genişmiqyaslı hücumlar həyata keçirildiyini açıqlayıb.

Baxış sayı: 2 099

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə