Gürcüstanda bu gün Katolikos-Patriarx II İliya ilə son vida mərasimi keçirilir.


“ARHD.AZ” “Sputnik Georgia”ya istinadla xəbər verir ki, paytaxt Tbilisi və ölkənin müxtəlif bölgələrindən gələn yüz minlərlə şəxs səhər saatlarından mərkəzi küçələrə toplanıb.


Məlumata görə, şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. 


Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov da daxildir.


Məlumat üçün bildirək ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da daxil olmaqla 40-dan çox xarici nümayəndə heyəti Gürcüstana gəlsə də, bütün ermənilərin katolikosu II Qareginin Tbilisiyə gəlişinə icazə verilməyib.


Xatırladaq ki, mərasim Sameba kafedralında dindarların iştirakı olmadan, yalnız rəsmi şəxslər üçün keçirilir.

 

Baxış sayı: 2 674

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə