abş maliyyə nazirliyi martın 20-nə qədər tankerlərə yüklənmiş iran xam neftinin və neft məhsullarının ixracına və satışına icazə verən müvəqqəti lisenziya buraxıb.


arhd.media xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.


qeyd olunur ki, lisenziya bakı vaxtı ilə dünən saat 8:00-dan gec olmayaraq gəmilərə yüklənmiş iran neftinin satışı, çatdırılması və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara icazə verir. icazə aprelin 19-na qədər qüvvədədir.


şimali koreya, kuba, eləcə də ukraynanın işğal olunmuş ərazilərindəki şirkətlərin iştirakı ilə bağlanan sövdələşmələr istisna edilib.


qərar yaxın şərqdəki hərbi əməliyyat səbəbindən dünya enerjidaşıyıcılarının qiymətlərinin kəskin artması ilə əlaqədar qəbul olunub.


qeyd edək ki, martın 19-da enerjidaşıyıcılarının qiymətlərində kəskin sıçrayış baş verib. london ice birjasında "brent" markalı neftin dəyəri martın 9-dan bəri ilk dəfə bir barel üçün 119 dolları keçib.


xatırladaq ki, fevralın 28-də israilin müdafiə naziri israel kats israil müdafiə qüvvələrinin irana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. daha sonra abş prezidenti donald tramp ölkəsinin də irana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.


iran isə öz növbəsində israilə onlarla ballistik raket atıb. israil müdafiə qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.


martın 1-də iranın ali lideri əli xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.


iran abş-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Baxış sayı: 2 889

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə