tehranın mərkəzi, şərqi və şimalında yeni partlayışlar baş verib.


arhd.media xəbər verir ki, bu barədə "al hadath" televiziya kanalı məlumat verib.


bildirilib ki, iranın atom enerjisi təşkilatının qərargahının yerləşdiyi əmirabadın mərkəzi rayonu vurulub. şimaldakı levasan və şərqdəki narmak rayonu da hücumlara məruz qalıb.


kanalın məlumatına görə, israil tehrana son hava hücumları zamanı iran polis rəisi general rza radanı öldürməyə cəhd edib. radanın vəziyyəti və ya tehrana hücumların nəticələri barədə heç bir məlumat yoxdur. iran rəsmiləri hələlik telekanalın xəbərləri ilə bağlı şərh verməyiblər.


israil müdafiə qüvvələri (saxal) "telegram" kanalında iran paytaxtındakı hədəflərə zərbə endirdiyini bildirib. saxal-ın sözçüsü qeyd edib ki, beyrutdakı hücumlardan sonra israil ordusu tehrandakı iran terrorçu rejiminin hədəflərinə zərbə endirir. ölkənin müdafiə qüvvələri daha əvvəl beyruta "hizbullah" qruplaşmasının hədəflərinə hücum etdiyini bildirib.

Baxış sayı: 2 396

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə