iran prezidenti məsud pezeşkian iranın kəşfiyyat naziri ismayıl xətibin öldürüldüyünü təsdiqləyib.
“arhd.media” xəbər verir ki, o, bu barədə “x” hesabında yazıb.
“hörmətli həmkarlarım ismail xətib, əli laricani və əziz nəsirzadənin bəzi ailə üzvləri və onu müşayiət edən komanda ilə birlikdə qətlə yetirilməsi ürəyimizi parçaladı.
onların ölümü ilə bağlı iran xalqına başsağlığı verirəm. əminəm ki, onların yolu əvvəlkindən daha möhkəm davam edəcək”, - paylaşımda qeyd edilib.























