abş kəşfiyyat orqanları müharibənin iranda rejimin devrilməsinə səbəb olmayacağı barədə tramp administrasiyasına xəbədarlıq edib.


“arhd.media” xəbər verir ki, bu barədə “washington post” qəzeti məlumat yayıb.


bildirilib ki, müharibədən əvvəl abş prezidenti donald trampa inqilab keşikçilərinin bu hücumlardan daha güclü çıxacağı barədə xəbərdarlıq edilib.


kəşfiyyat hesabatları göstərir ki, iran rejimi zəifləsə də, hələ də möhkəmdir və inqilab keşikçiləri ölkədə güclərini artırmaqdadır. qərb mənbələri rejim daxilində qərar verənlərin çaşqın olduğunu, lakin parçalanma əlamətlərinin olmadığını vurğulayıb.


bununla yanaşı, tramp administrasiyası inqilab keşikçilərini təcrid etmək üçün digər ölkələrə təzyiq göstərir. abş dövlət departamenti diplomatlardan livandakı inqilab qvardiyası və “hizbullah”ı terror təşkilatları siyahısına daxil etmək üçün müvafiq ölkələrlə işləməyi tələb edib.


qəzet yazır ki, müharibənin uzanması körfəz ölkələrinin tramp administrasiyasından narazılığını artırıb.


“onlar bu müharibəni israil üçün başladılar və sonra bizi hücumlarla təkbətək üzləşməyə məruz qoydular”, - yüksəkvəzifəli bir körfəz məmuru bildirib.

Baxış sayı: 2 893

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə