
iranın ali milli təhlükəsizlik şurasının katibi əli laricaninin abş hərbi dəniz qüvvələrinin şri-lanka sahillərində ölkənin “iris dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu paylaşılıb.
“qafqazinfo” xəbər verir ki, məktub laricaninin adından onun “x” sosial şəbəkəsindəki hesabında dərc edilib.
“onların xatirəsi iran xalqının qəlbində əbədi yaşayacaq. bu şəhidlik uzun illər islam respublikası ordusunun təməlini silahlı qüvvələrin strukturunda möhkəmləndirəcək”, - məktubda deyilir.
qeyd edək ki, bir qədər əvvəl israilin müdafiə naziri israel katz əli laricaninin öldürüldüyünü açıqlamışdı.























