tehran abş və israildən minabdakı məktəbə hücuma görə təzminat tələb edəcək.
“arhd.media” xəbər verir ki, bunu iranın moskvadakı səfiri kazem cəlali bildirib.
o qeyd edib ki, ölkə minab şəhərində qızlar məktəbinə edilən ölümcül hücumla bağlı abş və israildən təzminat tələb edəcək.
qeyd edək ki, fevralın 28-də baş vermiş hücum nəticəsində, əsasən, uşaqlar olmaqla 160-dan çox insan həlak olub. araşdırmaların yekunu göstərib ki, hadisəyə görə abş məsuliyyət daşıyır.
tehran administrasiyası həm abş, həm də israildən insan itkisi və dağıntılar üçün kompensasiya tələb edəcəyini açıqlayıb.























