İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına Novruz bayramı münasibətilə videomesaj ünvanlayıb.


“ARHD.AZ” xəbər verir ki, mesaj İsrail Baş Nazirinin Ofisinin sosial şəbəkə hesablarında paylaşılıb.


Netanyahu mesajında builki Novruzun xüsusi məna daşıdığını deyib:


“İranın cəsur xalqı, hər il olduğu kimi, sizə İşıqlar Festivalı ilə başlayan xoş bir bayram mövsümü arzulayıram.


Bu, İran xalqının işığın qaranlığa, xeyirin şərə qalib gələcəyinə dair qədim inancını ifadə edir.


Qoy bu il azadlıqla dolu olsun. Hamınıza ümidverici yeni başlanğıc arzulayıram”.

Baxış sayı: 2 887

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə