iran ordusu israilin silah istehsalçısı “rafael” və təyyarə istehsalçısı “israel aerospace industries” şirkətlərinin obyektlərinə zərbələr endirib.
“arhd.media” xəbər verir ki, bu haqda iran ordusunun mətbuat xidməti məlumat yayıb.
“düşmənin cinayətlərinə cavab olaraq, iran islam respublikası ordusu bir neçə saat əvvəl sionist rejimin mühüm və strateji mərkəzlərinə pilotsuz təyyarələrlə zərbələr endirib”, - məlumatda deyilir.























