iranın isfahan şəhərindəki rusiya konsulluğu fəaliyyətini dayandırıb.
“arhd.media” xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirliyinin teleqram kanalında məlumat yayılıb.
“mövcud vəziyyətlə əlaqədar olaraq, rusiyanın isfahandakı baş konsulluğu fəaliyyətini müvəqqəti olaraq dayandırır”, - deyə açıqlamada bildirilib.
qeyd edilib ki, konsulluğun bərpası ilə bağlı əlavə məlumat veriləcək.























