
abş prezidenti donald tramp fevralın 28-dən bəri irana qarşı davam edən “epik qəzəb” (epic fury) əməliyyatı fonunda özünə məxsus “truth social” platformasında sələfi barak obamanın siyasətini hədəf alan ironik və qalmaqallı paylaşım edib.
“arhd.media” xəbər verir ki, trampın paylaşdığı kollajda iki fərqli dövrün “danışıqlar” metodu kəskin şəkildə müqayisə olunur.
belə ki, fotonun yuxarı hissəsində obamanın iran rəsmilərinə pul təklif etməsi (“obama iranla danışıqlar aparır”), aşağı hissəsində isə trampın səmada uçan və iranın nüvə hədəflərini vuran “b-2 spirit” bombardmançılarını izləməsi (“tramp iranla danışıqlar aparır”) əks olunub.
prezident həmin paylaşımla özünün “güc yolu ilə sülh” strategiyasını bir daha ön plana çıxararaq, iranın artıq “tamamilə məğlub olduğunu” və yeni bir sövdələşmə üçün yalvardığını iddia edib.
qeyd edək ki, bu, trampın obama ilə bağlı ilk kəskin paylaşımı deyil. bundan əvvəl də o, barak obama və xanımı mişel obamanın meymun kollajında təsvir olunduğu videonu paylaşmış, lakin qısa müddət sonra həmin paylaşımı silmişdi.
























