“tramp netanyahu tərəfindən müharibəni başlatmaq üçün aldadıldı və indi onun nəzarəti altında hərəkət edir”.
“arhd.media” xəbər verir ki, bunu iran parlamentinin sədri məhəmməd bağer qalibaf sosial şəbəkə hesabında yazıb.
iran rəsmisinin sözlərinə görə, tehran artıq amerika birləşmiş ştatları ilə israil arasında fərq qoymur.
“törətdikləri əsas cinayətə gəldikdə isə, iran artıq abş ilə israil arasında heç bir fərq görmür”, – qalibaf bildirib.
o əlavə edib ki, düşmən tərəfin hesablamaları dəyişdirilənə və onlar peşman olana qədər müharibə davam edəcək.
qalibaf həmçinin amerikalı ailələrin müharibə ilə bağlı suallar verdiyini vurğulayıb:
“amerika ailələri trampın netanyahunun ekspansionist xəyallarını həyata keçirmək üçün oğul və qızlarını niyə qurban verdiyini bilməyə layiqdirlər”.























