“abş hərbi əməliyyatı dayandırmaq qərarına gəlsə belə iran silahlı qarşıdurmaya son qoymayacaq”.
“arhd.media” xəbər verir ki, bu barədə “axios” portalı ərəb ölkələrindəki mənbələrə istinadən məlumat yayıb.
nəşr iddia edir ki, iran hakimiyyəti vaşinqtonun qaydalarına uyğunlaşmaq niyyətində olmadığını regionun ərəb dövlətlərinə çatdırıb.
məlumata görə, tehran özünə qarşı təcavüzün bir daha bərpa edilməyəcəyinə dair güclü beynəlxalq zəmanətlər almadığı müddətcə münaqişəni başa çatdırmaq niyyətində deyil. həmçinin ərəb ölkələrinin nümayəndələrinə bildirilib ki, abş əməliyyatı başa çatdırdıqdan sonra belə iran yaxın şərqdəki amerika hərbi bazalarına hücumları dayandırmayacaq.
“müharibəni başlamaq çox asandır, onu bitirmək isə son dərəcə çətindir”, - nəşrin həmsöhbəti əlavə edib.























