“iranın yeni ali lideri müctəba xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir”.
“arhd.media” xəbər verir ki, bunu italiyanın “corriere della sera” qəzetinə müsahibəsində iran xin-in rəsmi nümayəndəsi esmail baqai deyib.
“o yaralanıb, lakin özünü yaxşı hiss edir. onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. yeni ali lider postuna 3-4 namizəd var idi, lakin ekspertlər şurasında əksəriyyət onu seçdi”, - baqai qeyd edib.
xatırladaq ki, 56 yaşlı m.xamenei atası seyid əli xameneinin fevralın sonu öldürülməsindən sonra iranın yeni ali lideri seçilib. xarici mediada onun irana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.























