amerika kəşfiyyat qurumları iran rejiminin yaxın gələcəkdə çökmə riski ilə üzləşmədiyini bildirir.
“arhd.media” xəbər verir ki, bu barədə “reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
abş prezidenti donald tramp əvvəlcə “biz iranı məhv etdik, müharibə bitənə qədər geri qayıtmayacağıq” desə də, kəşfiyyat məlumatları iran rejiminin ölkədə nəzarəti əlində saxladığını göstərir.
abş və israilin irana qarşı 28 fevralda başlayan hücumları 13-cü gündə də qarşılıqlı əməliyyatlarla davam edir. amerika kəşfiyyat hesabatlarında qeyd olunur ki, iranın ali lideri əli xamenei və yüksək səviyyəli administrasiya üzvlərinin öldürülməsinə baxmayaraq, ölkənin rəhbərlik strukturu hələ də bütövlüyünü qoruyur.
“reuters” agentliyinə danışan yüksək vəzifəli israil rəsmisi də müharibənin iran hökumətinin süqutuna zəmanət vermədiyini bildirib. hesabatlara əsasən, iran rejimi ölkədə nəzarəti özündə saxlayır və gələcəkdə çökməsi ehtimalı yoxdur.
mənbələr bildirir ki, çoxsaylı kəşfiyyat hesabatları rejimin dağılmaq təhlükəsi altında olmadığını və iran xalqı üzərində nəzarəti saxladığını ardıcıl olaraq göstərir. son kəşfiyyat hesabatının bir neçə gün əvvəl tamamlandığı qeyd olunur və israil rəsmiləri də müharibənin iran hökumətinin süqutunu təmin etmədiyi ilə razılaşıblar.
amerika mediasında iran kürd qruplarının rejim qüvvələrinə qarşı silahlandırıla biləcəyi irəli sürülmüşdü. lakin “reuters”in mənbələri bildirir ki, bu qruplar uzunmüddətli münaqişəni davam etdirmək gücündə deyil. onlarda kifayət qədər atəş gücü və personal yoxdur.
milli kəşfiyyat direktorunun ofisi mövzu ilə bağlı şərh verməyib, ağ ev də dərhal açıqlama yaymayıb.























