israil tehranda islam inqilabı keşikçiləri korpusunun (sepah) ballistik raketlərin işlənib hazırlanması və istehsalı üzrə tədqiqat kompleksinə zərbələr endirib.


“arhd.media” xəbər verir ki, bu barədə israil müdafiə qüvvələrinin mətbuat xidməti məlumat yayıb.


“israil hərbi hava qüvvələri iran rejiminin tehrandakı əsas infrastrukturuna bir sıra zərbələr endirməyi başa çatdırıb. zərbələrdən biri sepah-ın elmi-tədqiqat kompleksinə endirilib. bu obyektdə israil müdafiə qüvvələri kompleksin ballistik raketlərin işlənib hazırlanması və istehsalı ilə bağlı təcrübə və sınaqların aparıldığı yeraltı zonasını hədəfə alıb”, - bəyanatda deyilir.


bundan əlavə, israil tərəfinin “əl-qüds” xüsusi qüvvələrinin baş qərargahının obyektlərinə, həmçinin hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə zərbələr endirdiyi bildirilir.

Baxış sayı: 3 276

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə