abş müdafiə nazirliyinin (pentaqon) konqresə təqdim etdiyi son hesabatda irandakı hərbi əməliyyatların ilk həftəsinin maliyyə xərcləri və texniki itkiləri barədə yekun rəqəmlər yer alıb.
“arhd.media” “the new york times” qəzetinə istinadən xəbər verir ki, abş ordusu irandakı əməliyyatın cəmi bir həftəsi ərzində 6 milyard dollardan çox vəsait xərcləyib.
nəşr yazır ki, bu məbləğin 4 milyard dolları sırf iranın raket hücumlarını dəf etmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemlərinin sursatlarına sərf edilib.
bildirilib ki, ağ ev administrasiyasının yaxın günlərdə hərbi xərcləri qarşılamaq üçün konqresdən əlavə maliyyə paketi istəyəcəyi gözlənilir.
xatırladaq ki, fevralın 28-də abş və israil irana qarşı birgə hərbi əməliyyata başlayıblar.























