birləşmiş ərəb əmirlikləri (bəə) hərbi hava qüvvələri ilk dəfə olaraq irandakı hədəflərə birbaşa zərbələr endirib.


“arhd.media” israilin “ynet” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı iranda yerləşən suyun duzsuzlaşdırılması zavodu hədəf alınıb.


bəə rəsmiləri bu hücumun iran rejimi üçün “ilkin siqnal” olduğunu bəyan ediblər. bildirilib ki, əgər tehranın regiondakı hücumları şiddətlənərsə, bəə-nin abş və israilin başlatdığı hərbi kampaniyaya rəsmən qoşulması realdır.


xatırladaq ki, bundan əvvəl sepah israilin hayfa şəhəri ilə yanaşı, bəhreyn və dubaydakı (“marina hotel”) hədəflərə zərbələr endirdiyini açıqlamışdı. iran prezidenti məsud pezeşkian körfəz ölkələrinə dəymiş ziyana görə üzr istəsə də, hərbi qanadın hücumları davam etdirməsi tehran hakimiyyəti daxilindəki ciddi fikir ayrılığından xəbər verir.

Baxış sayı: 2 778

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə