israil ordusu iran ərazisindən yeni raket buraxılışı aşkarlayıb.
“arhd.media” xəbər verir ki, bu haqda israil müdafiə qüvvələrinin mətbuat xidməti bildirib.
“bir müddət əvvəl israil müdafiə qüvvələri irandan israil ərazisinə doğru atılan raketləri aşkar edib. təhdidin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri yerləşdirilib”, - məlumatda deyilir.
agentliyin məlumatına görə, ölkənin mərkəzi hissəsinin, o cümlədən təl-əvivin sakinlərinə təcili raket xəbərdarlığı yenidən edilib. hadisə iranın israilin mərkəzinə əvvəlki hücumundan təxminən yarım saat sonra baş verib.























