abş və israil iranın bütün raket buraxılış qurğularının və hava hücumundan müdafiə sistemlərinin 60%-ni məhv ediblər.
“arhd.media” xəbər verir ki, bu iddia ilə israilin “i24” telekanalı adı açıqlanmayan mənbələrə istinadən çıxış edib.
bildirilir ki, bu məlumatlar israilin təhlükəsizlik kabinetinin martın 5-i axşam saatlarında keçirilmiş iclasında səsləndirilib. telekanalın təhlükəsizlik sahəsindəki mənbələrinin sözlərinə görə, israil hərbçiləri əməliyyatın gedişindən və abş ilə koordinasiyalı fəaliyyətdən razıdırlar.
bundan əlavə, iddia olunur ki, israil qoşunları irandakı hədəflərə azı daha bir həftə ərzində aktiv şəkildə zərbələr endirməyi planlaşdırır. bundan sonra isə hücumların intensivliyinin azalacağı gözlənilir.























