türkiyənin xarici işlər naziri hakan fidan israil və abş-nin irana birgə hücumları ilə bağlı diqqətçəkən açıqlama verib.


“arhd.media” xəbər verir ki, o, türkiyənin bu müharibəni gecikdirən tərəf olduğunu bildirib.


nazirin sözlərinə görə, tərəflərə yaradıcı həll yolları təklif olunub: “əslində, müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular. iranlılar danışıqların davam etdiyi bir vaxtda müharibənin başlamasını diplomatiyaya xəyanət kimi qiymətləndirirlər. bundan sonra nə baş verəcəyini ciddi şəkildə düşünməliyik. çünki israil və abş gələcəkdə də təhlükə yaradacağı üçün iranın qarşısını almağa çalışacaq”.


hakan fidan iranın türkiyəyə hücum ehtimalına da münasibət bildirib: “bunu tək iran məsələsinə görə yox, həmişə deyirəm ki, türkiyə özünü qoruyacaq. bizim bunu etmək üçün həm iradəmiz, həm də qabiliyyətimiz var”.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə